“Clarivate Analytics” şirkətinin istifadəçilərin təlimatlandırılması üzrə rəhbəri Vladimir Boqorov və qurumun Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə Bakı Dövlət Universitetində (BDU) olublar.
Rektor Elçin Babayev “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıqda maksimum effektiv nəticənin əldə olunması üçün yeni format və fərqli yanaşmaların tətbiqi haqqında danışıb.
V.Boqorov elmi jurnalların ixtisaslaşması və təyinatı üzrə kateqoriyalara bölünməsini təklif edib.
Görüşdə BDU ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması, idarəetmə və təhliletmə aləti olan “inCites” və rəyçilərin beynəlxalq verilənlər bazası olan “Publons” sistemlərinin tətbiqi, birgə treninqlərin keçirilməsi məsələləri müzakirə olunub.
Treninqdə “Web of Science” bazasından istifadə, məqalələrin yazılma formaları, tədqiqatçı profilinin açılması, “yırtıcı” (Predatory) jurnallar haqqında təqdimatlar edilməsi qərara alınıb.
BDU-nun Mətbuat Xidməti