Azərbaycan Texnologiya Universitetinin “Elmi xəbərlər məcmuəsi” adlı elmi jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən texnika, biologiya və aqrar elmlər üzrə Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin yenilənən siyahısına daxil edilib.
UTECA-nın “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə iqtisad elmləri üzrə elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin yenilənmiş siyahısına salınıb.
Qeyd edək ki, UTECA-nın “Elmi xəbərlər məcmuəsi” 2017-ci ildən, “İnnovasiyalı iqtisadiyyat və menecment” elmi jurnalı isə ilk dəfədir ölkədə dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında yer alır.
Tehsil-press.az