“Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı çapa təqdim olunub

“Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı çapa təqdim olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Kitabxana və informasiya araşdırmaları” elmi jurnalı çapa təqdim olunub. Jurnalın redaksiya heyətində Azərbaycanla yanaşı, Almaniya, Macarıstan, Rusiya, Belarus və Özbəkistandan mütəxəssislər təmsil olunur.
Yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan jurnalda kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələrini əks etdirən və digər elmlərlə kitabxana-informasiya sahəsi arasında əlaqə təşkil edən mövzulara yer verilib. Jurnalda, həmçinin “Əlavə rubrikalar” başlığı altında sahə üçün önəm kəsb edən maraqlı məlumatlar da əks olunub.
Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur.

Tehsil-press.az

Oxşar xəbərlər