Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçirlər AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu Bakı Dövlət Universiteti ilə təhsil və elmin inteqrasiyası çərçivəsində əməkdaşlığını davam etdirir. Universitetin Torpaqşünaslıq və aqrokimya fakültəsinin 57 tələbəsi Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təcrübə keçməyə başlayıb.
Tələbələr təcrübə zamanı ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin aparılması prosesi, müxtəlif cihazların iş prinsipləri ilə tanış olur, analitik işlərdə iştirak edirlər. Bununla yanaşı, onlar əldə etdikləri biliklər üzrə gün ərzində görülən işlər haqqında məlumatları gündəliklərində qeyd edirlər.
İstehsalat təcrübəsi martın 15-də başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər