Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər Bakı Dövlət Universitetinin kimya fakültəsinin IV kurs tələbələri fevralın 19-dan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər.
Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda, istedadlı gənclərdə elmə maraq oyadaraq gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır.
İlk tanışlıq günündə tələbələr Aşqarlar Kimyası İnstitutunun yaranma və inkişaf tarixi, əməkdaşlar tərəfindən fundamental tədqiqatlar sahəsində aparılan işlər barədə məlumatlandırılıblar. Bundan başqa, tələbələrə institutun laboratoriyaları, beynəlxalq əlaqələri, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında geniş məlumat verilib. Tələbələr BDU-nun kimya fakültəsinin institutda yerləşən aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar.
Həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil edilir. Tələbələr əsasən üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalarda cihazların iş prinsipləri, aparılan elmi tədqiqatlarla yaxından tanış olurlar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələr üçün mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun təcrübələr nümayiş etdirilir.
Təcrübə martın 19-da yekunlaşacaq.

Hikmət Əliyev


Bakı Dövlət Universitetinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər

Oxşar xəbərlər