Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin dördüncü kurs tələbələri bu il fevralın 16-dan martın 7-dək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumlarında istehsalat təcrübəsi keçiblər.
Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov təhsil-press.az-a bildirib ki, təcrübə müddətində tələbələr nəzəri biliklərinin istehsalatda tətbiqi imkanları qazanıblar. Onlar “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında suyun keyfiyyətinin təhlil edilməsi, Abşeron rayonu ərazisində yerölçmə işlərinin, ekoloji monitorinqin aparılması və s. sahələrdə zəngin təcrübə əldə ediblər.

Kəmalə Rəhimli