Bakı Mühəndislik Universitetinin tələbələri yüz müəssisədə istehsalat təcrübəsi qazanıblar

Bakı Mühəndislik Universitetinin tələbələri yüz  müəssisədə istehsalat təcrübəsi qazanıblar Bakı Mühəndislik Universitetinin tələbələri ötən tədris ilində yüz dövlət və özəl müəssisəsində istehsalat təcrübəsi keçiblər.
Bildirilib ki, istehsalat təcrübəsi universitet ilə istehsalat müəssisələri arasında bağlanmış müqavilələr əsasında reallaşdırılır.
Qeyd edək ki, istehsalat təcrübəsinin əsas məqsədi tələbələrin auditoriyalarda əldə etdikləri nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələri, gələcək mütəxəssislərin istehsalat təcrübəsi keçdikləri müəssisələrin işinin dərindən öyrənmələri və peşəkar mütəxəssis kimi yetişmələridir.
Təcrübə zamanı tələbələr ixtisaslarına uyğun olaraq ayrı-ayrı müəssisələrdə (Acssess Bank ASC, Kapital Bank ASC, Royal Otel MMC, SOCAR, “Mətanət A” Şirkətlər Qrupu, ATL Group MMC, Ernst and Young LTD MMC, “Azersun Holdinq” MMC və s.) çalışmaqla praktik biliklər qazanıblar.

BMU-nun Mətbuat xidməti


Oxşar xəbərlər