Tələbələr Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb

Tələbələr Torpaqşünaslıq və Aqrokimya İnstitutunun fəaliyyəti barədə məlumatlandırılıb AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının yüksəldilməsi məqsədilə “Açıq qapı” keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan “Açıq qapı”da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya və Tarix-Coğrafiya fakültəsinin II kurs tələbələri iştirak ediblər.
Tələbələr elmi müəssisənin kitabxanası, Torpaq muzeyi və laboratoriyaları ilə tanış olublar. Torpaq muzeyinin müdiri Rəna Mirzəzadə və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev tələbələrə institutun elmi istiqamətləri barədə geniş məlumat verib və onları maraqlandıran sualları cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər