Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycan tarixində mühüm bir hadisə oldu.
Bunu Mərkəzi Seçki Komissiasının (MSK) sədri Məzahir Pənahov seçkilərin yekunlarına münasbət bildirərkən deyib.
M.Pənahov bildirib ki, bütün göstəricilər üzrə bu seçkilər bir nümunə oldu.
O qeyd edib ki, seçkilərdə rekord sayda namizədlər qeydə alınmışdı:
“Təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılmışdı”.
M.Pənahov bildirib ki, bütün proseslər ictimaiyyətin gözü qarşısında şəffaf şəkildə keçirildi:
“Seçkilər Seçki Məcəlləsinin bütün tələblərinə tam uyğun keçirildi. Seçkilərlə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırıldı. 4 seçki dairəsində və kifayət qədər seçki məntəqələrində səsvermənin nəticələri ləğv edildi. Bu, onu göstərir ki, bütün müraciətlərə ciddi şəkildə baxılıb”.
MSK sədri qeyd edib ki, proseslər ümumilikdə yüksək səviyyədə həyata keçirildi: “Seçki məntəqələrində seçkilərin gedişinə kölgə salacaq heç bir hadisə baş vermədi. Bu, ən yüksək göstəricidir və indiyə qədər aparılan maarifləndirmə işlərinin nəticəsidir”.
M.Pənahov vurğulayıb ki, beynəlxalq müşahidəçilər baxımından da bu seçkilər bir nümunə oldu:
“Seçkilərdə 900-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə etdi. Bu, Azərbaycanda keçirilən seçkilərdə ən yüksək göstərici idi. Biz tarixi bir mərhələ yaşadıq. Ümumilikdə insanlar bu prosesdən razı qaldılar, qalmayanlar isə öz narazılıqlarını bildirildi və haqlı narazılıqlar MSK və digər müxtəlif qurumlar tərəfindən təmin edildi”.
Tehsil-press.az