Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə MSK-nın inzibati binasında veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.
Baxışdan sonra MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlama verib. O qeyd edib ki, artıq neçənci seçkilərdir ki, veb- kamera praktikasından Azərbaycanda istifadə olunur:
"Azərbaycanda məntəqələrin, təxminən, 20 faizə qədəri, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb. Veb-kameralara daxil olmaq çox sadədir. Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq, istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.
Tehsil-press.az