Dünyanın ən güclü və ən zəif pasportları - Siyahı

Dünyanın ən güclü və ən zəif pasportları - Siyahı “Henley Passport Index 2019” hesabatına əsasən dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb.
190 ölkəyə vizasız giriş icazəsi olan Yaponiya pasportu siyahıda ilk yeri tutub.
İkinci və üçüncü yerləri Sinqapur və Cənubi Koreya bölüşdürür. İlk beşliyi isə Almaniya və Fransa tamamlayır.
155 ölkənin daxil edildiyi siyahıda ən zəif pasportlar Əfqanıstan və İraqın pasportları hesab edilib. Bu ölkələrin pasportları ilə cəmi 30 ölkəyə vizasız səyahət etmək mümkündür.
66 ölkəyə vizasız səyahətin mümkün olduğu Azərbaycan pasportu isə 74-cü pillədə qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər