Azərbaycan Dillər Universitetində elm və təhsil sahəsində Avstriya ilə əməkdaşlığa böyük önəm verilir

Azərbaycan Dillər Universitetində elm və təhsil sahəsində Avstriya ilə əməkdaşlığa böyük önəm verilir Azərbaycan Dillər Universiteti alman mədəniyyətinin, dilinin öyrənilməsi və tədrisində Avstriyanın ölkəmizdəki səfirliyinin dəstəyini hər zaman yaxından hiss edib. Biz Avstriyanın mədəniyyəti, tarixi, ictimai düşüncəsi ilə bağlı nə varsa, onu tələbələrimizə böyük məhəbbətlə təbliğ edirik.
Bu fikirləri Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Avstriyanın ölkəmizdəki səfiri Bernd Aleksandr Bayerl ilə görüşündə səsləndirib.
Rektor iki ölkə arasında diplomatik və elmi-mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Avstriyalı diplomata ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verilib. Kamal Abdulla universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib.
Bernd Aleksandr Bayerl Azərbaycan ilə Avstriya arasında elm və təhsil sahəsindəki əlaqələrin inkişafından məmnun olduğunu deyib: “Avstriyanın Azərbaycandakı səfirliyi olaraq biz Dillər Universiteti ilə yüksək səviyyəli əməkdaşlıq qurmağa, onu davam etdirməyə böyük önəm veririk. Siz Avstriyanın dostusunuz və inanıram ki, bütün istiqamətlərdə olan uğurlu münasibətlərimiz bundan sonra da ən gözəl şəkildə davam edəcək”.
Daha sonra birgə layihələrin təşkili, treninqlərin keçirilməsi və s. məsələlər müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər