Bakı Neft-Energetika Kollecində dezinfeksiya işləri aparılıb

Bakı Neft-Energetika Kollecində dezinfeksiya işləri aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecində koronavirus epidemiyasının yayılmasına qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb.
Sabunçu Rayon Dezinfeksiya şöbəsinin əməkdaşlarının həyata keçirdiyi dərmanlama prosesi müqavilə əsasında icra edilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq digər təhsil müəssisələrində olduğu kimi, mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) Bakı Neft-Energetika Kollecində də dərslər təxirə salınıb. Bu gün plana uyğun olaraq kollecdə koronavirus epidemiyasının yarada biləcəyi fəsadların qarşısının alınması məqsədilə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb. Dezinfeksiya işləri kollecin hər iki korpusunda aparılıb. Tədris binasının həyəti, giriş-çıxışı, sinif otaqları, dəhlizlər və digər yardımçı otaqlar dezinfeksiya olunub.
Qeyd edək ki, kollecdə hazırda 1250-dən çox gənc təhsil alır. Ümumilikdə 9 ixtisas və 12 fənn birləşməsi üzrə tədris aparılan kollecdə 28 sinif otağı, 24 fənn kabineti, 8 laboratoriya və 2 emalatxana fəaliyyət göstərir. Bu gün başlayan virus əleyhinə dərmanlama işləri qarşıdakı qeyri-tədris günlərində də davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər