Bakı Ali Neft Məktəbində maarifləndirici tədbir

Bakı Ali Neft Məktəbində maarifləndirici tədbir Son günlər bütün dünyada geniş vüsət alan koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbir həyata keçirilir. Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə Bakı Ali Neft Məktəbində (BANM) əsaslı dezinfeksiya işləri aparılıb.
Ali məktəbin hər iki tədris korpusu virus əleyhinə dezinfeksiya edilib, sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb.
Eyni zamanda, ali məktəbdə SOCAR-ın Ekologiya İdarəsinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən maarifləndirici təlim keçirilib.
BANM-in professor-müəllim heyətinin və əməkdaşlarının iştirak etdiyi tədbir maarifləndirilmə məqsədi daşıyıb.
Tədbirdə xəstəliyin tarixi, onun simptomları və yayılmasının qarşısının alınması yolları, xüsusən tələbələr arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsi və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.
Bildirilib ki, virusun insandan-insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxanların sayında kəskin artım müşahidə olunur. İmmuniteti zəif olan insanlar virusa daha tez yoluxur. Başağrısı, hərarət, öskürmək, asqırmaq, iştahasızlıq, mədə-bağırsaq sisteminin pozulması kimi hallara rast gəlinirsə, dərhal həkimə müraciət edilmədir. Mütəxəssislər profilaktik tədbir olaraq əlləri vaxtaşırı yumağı, spirtlə təmizləməyi, ət məhsullarını tam bişirməyi, immuniteti gücləndirməyi, C vitamini qəbul etməyi tövsiyə ediblər.
Daha sonra tədbirdə koronavirusla bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər