Koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Mingəçevir Dövlət Universitetində hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
Mingəçevir şəhər Dezinfeksiya İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən dezinfeksiya tədbiri universitetin hər üç tədris binasını, dərs auditoriyalarını, inzibati kabinetləri, kitabxanaları, konfrans zallarını, yeməkxananı, İdman Sağlamlıq Kompleksini, İnformasiya Texnologiyaları Mərkəzini və digər köməkçi qurğuları əhatə edib.
Universitet tələbələrinin, professor-müəllim və inzibati heyət üzvlərinin tədris binalarına girişi dayandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 2020-ci il tarixli, 81 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci il martın 3-dən 9-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Qərara əsasən təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.
Tehsil-press.az