Tramp koronavirus analizi verməkdən imtina etdi

Tramp koronavirus analizi verməkdən imtina etdi ABŞ Prezidenti Donald Tramp koronavirus analizi verməkdən imtina edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edilib ki, Ağ Ev rəhbəri özünü yaxşı hiss etdiyini, onda xəstəliyin əlamətlərinin olmadığını deyib. O eyni zamanda hər hansı simptom görərsə, analiz verməyə hazır olduğunu da bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin 4 üzvü koronavirus şübhəsi ilə karantindədir. Onlardan birinin Trampla eyni təyyarədə uçduğu məlum olub. Ancaq Prezidentin onunla ünsiyyətdə olmadığı bildirilib.
Onu da bildirək ki, ABŞ-da 700-dən çox insan Covid-19-a yoluxub. 22 nəfər xəstəlikdən dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər