Böyük Britaniyanın səhiyyə nazirinin müavini koronavirusa yoluxub

Böyük Britaniyanın səhiyyə nazirinin müavini koronavirusa yoluxub Böyük Britaniyanın səhiyyə nazirinin xəstələrin təhlükəsizliyi üzrə müavini Naddin Dorris COVİD-19 koronavirusuna yoluxub.
Bu barədə N.Dorris özü məlumat verib.
Nazir müavini bildirib: "Təsdiq edə bilərəm ki, mənim koronavirus üzrə analizlərimin cavabı müsbət olub. Bu barədə məlumatlandırıldıqdan sonra, mən bütün lazımi tədbirləri görmüşəm".
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 373 nəfər təşkil edir, onlardan 6 nəfəri ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər