Bu ölkədə məktəb tətili oktyabradək uzadıldı

Bu ölkədə məktəb tətili oktyabradək uzadıldı Küveytin Maarif və ali təhsil naziri Saud əl-Hərbi 12-ci sinif şagirdləri istisna olmaqla, digərlərinin tətilinin oktyabrın 4-dək davam edəcəyini, sonuncu sinifdə təhsil alanların isə məktəblərə avqustun 8-də qayıdacağını açıqlayıb.
Tehsil-press.az Küveytin “KUNA” xəbər agentliyinə istinadən nazirin sözlərini sitat gətirir:
“12-ci sinfə keçən şagirdlər əvvəlki təhsil ilinin ikinci semestrini beş-altı həftə ərzində bitirmək üçün avqustun 8-dən dərslərinə davam edəcək, onlar üçün yeni tədris ili dekabrda başlayacaq. 1-11-ci sinif şagirdlərinin dərsləri isə oktyabrın 4-də başlayacaq. Məktəblərin rəhbərliyi və onların əməkdaşları işə avqustun 4-də qayıdacaqlar”.
Onun sözlərinə görə, ölkədə təhsil müəssisələrinin bu qədər uzun müddətə bağlanması qərarı Küveyt Səhiyyə Nazirliyinin məruzələrinə əsaslanaraq, qəbul edilib.
Küveyt Ərəb dünyasında koronavirus səbəbindən məktəb tətilini bu qədər uzun müddətə bağlayan ilk ölkə olub.

Tehsil-press.az

Oxşar xəbərlər