Azərbaycanda məktəblərin 30 faizi dərsləri iki və ya üç növbədə keçir

Azərbaycanda məktəblərin 30 faizi dərsləri iki və ya üç növbədə keçir Azərbaycanda ümumtəhsil müəssisələrinin (sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәri vә siniflәr istisna olmaqla) 69,2 faizi dərslərini bir, 30,8 faizi isə iki və ya üç növbədə keçir.
2018-2019-cu tədris ilində ölkədə 4 394 ümumtəhsil müəssisəsi olub ki, onun 3 039-u bir, 1 355-i iki və ya üç növbədə tədris prosesini həyata keçirib.
Ümumilikdə məktəblərdəki şagirdlərin sayı 1 milyon 543,1 min nəfər olub. Onların 84,7 faizi, başqa sözlə 1 miyon 307,3 min nəfəri 1-ci növbə üzrə, 15,3 faizi, yəni 235,8 min nəfəri iki və üçüncü növbə üzrə təhsil alır.
2017-2018-ci tədris ilinə nisbətən 2018-2019-cu tədris ilində birinci növbədə dərs keçirilən məktəblərin sayı azalıb, ikinci və ya üçüncü növbədə dərs keçirilən məktəblərin sayı çoxalıb.
2017-2018-ci tədris ilində 3 144 məktəb dərslərini birinci növbədə, 1 250 məktəb ikinci və ya üçüncü növbədə keçib.

Tehsil-press.az

Oxşar xəbərlər