Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədris ilini iyun ayınadək uzadıb.
Bu barədə Tehsil-press.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronavirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci il mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərlərinə məktub ünvanlanıb.
Məktuba əsasən, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri mart ayının 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi, mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək. Müvafiq olaraq imtahan sessiyasına ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilir və 15 iyun–13 iyul tarixlərində keçiriləcək.
Sonuncu kurs tələbələrinin nəzəri təlim müddətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin tədris qrafiki dəyişmir, yəni dövlət attestasiyasının keçirilməsi iyun ayının sonuna qədər aparılacaq.
Tehsil-press.az