Koronavirus daha bir ölkədə

Koronavirus daha bir ölkədə Nigerdə koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Bu barədə yerli “Tam Tam Info” portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Səhiyyə Nazirliyinin məlumatına görə, söhbət Nigeriya vətəndaşı olan avtobus sürücüsündən gedir. O, Nigerə Kot-d'İvuardan gəlib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyanın 166 ölkəsində 207 mindən çox insan bu virusa yoluxub, 8,6 mindən çoxu vəfat edib.

Tehsil-press.az

Oxşar xəbərlər