Azərbaycan Universiteti elmi konfransı təxirə saldı

Azərbaycan Universiteti elmi konfransı təxirə saldı Koronavirus (COVİD - 19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınması barədə martın 2-də və 7-di verdiyi sərəncamlara uyğun olaraq martın 13-də Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan “Gənc tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın açılış mərasimi və bölmə iclasları təxirə salınır.
İştirakçılar konfrans materiallarının çap olunduğu toplunu mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər