Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssiələrin rəhbərləri ilə onlayn şura iclası keçirib.
Əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin onlayn keçirdiyi müşavirədə verdiyi tapşırıqları müəssisə rəhbərlərinə çatdırıb.
O, iclasda Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe müəssisələrdə dezinfeksiya işlərinin davam etdirilməsi, yaşı 65 və daha yuxarı mədəniyyət işçilərinə ziyarət etmələri və onlayn əlaqə saxlanılması, elektron xidmətdən daha çox istifadə edilməsi, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərlərində onlayn dərslərin və ustad dərslərin müntəzəm keçirilməsi, mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər fəaliyyətini genişləndirməsi, virtual sərgilərin təşkil edilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması və s. ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.
Sonda Aprel döyüşlərində qəhrəmancasına vuruşmuş şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbr diləyib.
Mədəniyyət müəssisələrinin rəhbərləri çıxış edərək bildiriblər ki, irad və təkliflər nəzərə alınaraq qeyd olunan problemlər tez bir zamanda aradan qaldırılacaq.
Tehsil-press.az