AzTU-nun komandası Şən və Hazırcavablar Klubunun ilk oyununda qalib olub

AzTU-nun komandası Şən və Hazırcavablar Klubunun ilk oyununda qalib olub Bakı Musiqi Akademiyasının nəzdindəki “Opera” studiyasında Azərbaycan Şən və Hazırcavablar Klubunun regional liqasının birinci mövsümünün açılışı olub.
Yeni mövsümün ilk oyununda Azərbaycan universitetlərini təmsil edən ən yaxşı komandalar mübarizə aparıb. Səkkiz ali təhsil müəssisəsinin komandasının iştirak etdiyi yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) “GENESİS” komandası birinci yerə layiq görülüb.
Universitetin ikinci kurs tələbəsi Anar Rüstəmzadənin rəhbərlik etdiyi doqquz tələbədən ibarət komandanın səhnəcikləri iştirakçıların və münsiflərin alqışları ilə qarşılanıb.
AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov regional liqanın birinci mövsümünün kubokuna layiq görülən “GENESİS” komandasının üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, AzTU-nun tələbələri hər zaman Şən və Hazırcavablar Klubunun yarışlarında və digər intellektual oyunlarda layiqli yer tutublar.
Görüşdə komandanın üzvlərinə universitetdə yaradılan Şən və Hazırcavablar Klubunun ənənəsini qoruyub saxlamaq və inkişaf etdirmək tövsiyə olunub.

Kəmalə Rəhimli


AzTU-nun komandası Şən və Hazırcavablar Klubunun ilk oyununda qalib olub

Oxşar xəbərlər