“Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə tələbələr arasında keçirilən “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.
Müsabiqədə iştirak etmiş komandalar final mərhələdə “Peyk modellərinin uçuş sonrası hesabatı”nı təqdim ediblər. Komandalar yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin meyarlarına uyğun olaraq qiymətləndirilib.
Qiymətləndirmənin yekununa əsasən Bakı Ali Neft Məktəbinin “Can of Duty” komandası 2-ci yerə çıxaraq uğur qazanıb. Ali məktəbi müsabiqədə həmin komandanın üzvləri, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbəsi Fərid Həmidov, IV kurs tələbələri Rüstəm Həsənov, Mirəkrəm Ağalarov və Hüseyn Nəcəfov təmsil ediblər.
“Cansat Azərbaycan 2019” model peyk müsabiqəsi bu ilin yanvar ayından etibarən elan edilib və müsabiqədə ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib.
“CanSat Azərbaycan” müsabiqəsinin keçirilməsi gənclərin kosmik texnologiyalar sahəsinə marağının artırılmasına xidmət edir, eləcə də müsabiqə qaliblərinə gələcəkdə Azərbaycanı bu cür beynəlxalq yarışlarda layiqincə təmsil etmək imkanı verir.

BANM-in Mətbuat Xidməti