Serbiya prezidentinin oğlu koronavirusa yoluxdu

Serbiya prezidentinin oğlu koronavirusa yoluxdu Serbiya Prezidenti Aleksandr Vuçiçin oğlu Danilo Vuçiç koronavirusa yoluxub.
Bu barədə prezident İnstaqram hesabında yazıb. Oğlu ilə fotosunu paylaşan Vuçiç ona dəstək olub:
“Bütün bunlar başlayanda mənim Danilom dedi ki, xəstəliyi inkar etmək variant deyil. Onu yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirdik. Oğlum, sən bunun öhdəsindən gələcəksən. Atan səni sevir və hamı səni sevir”.
Qeyd edək ki, Serbiyada 65 nəfər koronavirusdan dünyasını dəyişib. 2666 nəfər isə virusa yoluxub.

Tehsil-press.az

Oxşar xəbərlər