Serbiya Kosovodan əlini üzdü - “Nəzarəti itirmişik”

Serbiya Kosovodan əlini üzdü - “Nəzarəti itirmişik” “Serbiya Kosovodakı vəziyyətə nəzarəti itirdiyini qəbul etməlidir”.
Bunu parlamentdəki çıxışında prezident Aleksandr Vuçiç deyib. Onun szlərinə görə, yalan və özünüaldatmaya davam etməkdənsə, Kosova və Metoxiyada Serbiya hökumətinin olmadığını qəbul etmək lazımdır.
Vuçiç, həmçinin, bildirib ki, hökumət Kosovo ilə gələcək münasibətini müəyyənləşdirməlidir: münaqişənin dondurulmasını saxlamaq, yoxsa tanınmamış respublika ilə əlaqələri inkişaf etdirmək?
Prezident özü Kosovo ilə əlaqələr qurmaq və münasibətləri yaxşılaşdırmaq tərəfdarı olduğunu bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər