Tramp ABŞ və Çin nümayəndələrinin görüşəcəyi tarixi bəyan edib

Tramp ABŞ və Çin nümayəndələrinin görüşəcəyi tarixi bəyan edib ABŞ və Çin nümayəndələrinin yeni görüşü sentyabr ayının əvvəlində baş tutacaq.
Bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
D.Tramp bildirib: "Mənim adamlarım oradan qayıtdılar (red. - Pekində keçirilən ticarət danışıqlarından) və dedilər ki, yeni görüş sentyabr ayının əvvəlində gözlənilir. Mən dedim: yaxşı. Lakin razılaşma imzalanmayana qədər biz onlardan rüsum alacağıq".
Xatırladaq ki, daha əvvəl D.Tramp öz "Twitter səhifəsində sentyabrın 1-dən Çin mallarında 300 milyard dollarlıq vergi tətbiq edəcəklərini bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər