ABŞ-ın “United Airlines” aviaşirkəti koronavirus pandemiyası nəticəsində cari ilin birinci rübündə 2,1 milyard dollar ziyan çəkib.
Bu barədə “ABC” telekanalı aviadaşıyıcının rüblük cədvəlindən çıxarışlara istinadən xəbər verib.
Birinci rübdə “United Airlines”in gəlirləri 8 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 17% azdır. Aviaşirkət ABŞ-ın federal hökuməti tərəfindən 3,5 milyard dollar birbaşa maliyyə dəstəyi əldə etməyi planlaşdırır. ABŞ-ın Maliyyə Nazirliyi, həmçinin aviadaşıyıcıya güzəştli faizlə 1,5 milyard dollar kredit verəcək.
Xatırladaq ki, bu ilin aprelində aviaşirkət Liberti (Nyu-Cersi ştatı) və Nyu-Yorkdakı La-Quardia beynəxalq aeroportlarında 90%-ə yaxın reyslərinin müvəqqəti ləğv etdiyini açıqlamışdı.
Tehsil-press.az