“Crocus Group”un prezidenti Araz Ağalarov biznesinin indiki vəziyyətini batan gəmi ilə müqayisə edib.
“RBK” telekanalına müsahibə verən Araz Ağalarov biznesinin indiki vəziyyətindən danışıb: “Kiçik bir gəminin kapitanı kimi bu ofisdə otururam və onun necə batdığına baxıram. Heç nə də edə bilmirəm, buna heç cür təsir etmək mümkün deyil”.
A.Ağalarovun sözlərinə görə, “Crocus Group”da 15 min nəfər çalışır və 2 min nəfərin çalışdığı “Tvoy dom” mağazalar şəbəkəsindən başqa, qrupun bütün obyektləri bağlıdır.
“RBK” qeyd edir ki, “Crocus Group”un 2018-ci il üçün gəlirləri 60 milyard rubl təşkil etmişdi. Qrup 1,5 milyon kvadratmetrdən çox olan kommersiya xarakterli daşınmaz əmlakı idarə edir. “Crocus Group”un portfelində ticarət və sərgi mərkəzləri, okeanarium, restoranlar, fitnes klubları var. Qrupun tərkibinə, həmçinin podratçı şirkətlər daxildir ki, onlar da MKAD-ı (Moskva Dairəvi Avtomobil Yolu) tikirlər.
“Crocus Group”un prezidenti Araz Ağalarov
Ağalarovun sözlərinə görə, qrupun şirkətləri tərəfindən ödənilən aylıq əmək haqqının həcmi təxminən 1 milyard rubl təşkil edir: "Bu pulların bir hissəsi var və təbii ki, mart ayı üçün ödəyəcəyik və ödəyirik, aprel ayı üçün isə pulumuz yoxdur".
Biznesmen qeyd edir ki, biznes yeni kreditlər hesabına daha bir ay qala bilər – “Amma bundan sonra nə baş verəcəyini hətta başa düşmürəm", - A. Ağalarov deyir.
A.Ağalarov biznesin hökumətin dəstəyi olmadan yaşaya bilib-bilməyəcəyi barədə sualı cavablandırarkən bunun mümkün olmadığını bildirib: "Yəni sizə deyirlər ki, işləmək olmaz, kadrları qoruyun, maaş verin. Bizdə vergi yükü kifayət qədər yüksəkdir. Bu prinsipial əhəmiyyət kəsb edir, çünki şirkətlərin ehtiyatda pulu yoxdur".
Biznesmenin sözlərinə görə, Rusiyada ƏDV-ni aşağı salmaq, eləcə də iki ay ərzində “vergiləri unutmaq” lazımdır.
Qeyd edək ki, Araz Ağalarov “Forbes”in versiyasına görə Rusiyanın ən zəngin biznesmenlərinin reytinqində 55-ci yeri tutur.
Müsahibənin tam video versiyasını təqdim edirik:
Tehsil-press.az