Uqanda Prezidenti Yoveri Museveni koronavirusun yayılmasına qarşı mübarizə məqsədi ilə ölkədə 14 günlük karantin rejimi və komendant saatı elan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Uqanda hakimiyyətinin yeni tədbirləri insanların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Onlar şəxsi nəqliyyat vasitələrindən də istifadə edə bilməyəcəklər. Qadağa aprelin 1-dən tətbiq ediləcək və iki həftə davam edəcək. Bundan əlavə, yerli vaxtla saat 19:00-05:00 arası komendant saatı elan olunur.
Prezident, həmçinin bəyan edib ki, bütün ticarət mərkəzləri və bir sıra mağazalar da bağlanmalıdır, ərzaq mağazaları, apteklər və zoomağazalar istisna təşkil edir.
Ən son məlumatlara görə, Uqandada 33 nəfər koronavirusa yoluxub, ölüm faktı qeydə alınmayıb.
Tehsil-press.az