İsrailin Baş Naziri Binyamin Netanyahu ölkə ərazisində ümumi karantin rejimi elan edib. Bu barədə “RİA Novosti” xəbər verib.
“Sabahdan (çərşənbə axşamı günü –red.) saat 16:00-dan cümə günü 07:00-dək bütün ölkədə karantin rejimi tətbiq edirik. Çərşənbə günü seder-Pesaxa qədər, saat 18:00-dan cümə axşamı günü saat 07:00-dək komendant saatı olacaq. Bu, ağır tədbirdir, amma seçimimiz yoxdur”, - Netanyahu müraciəti zamanı deyib.
Netanyahu, həmçinin bildirib ki, ölkədə koronavirusla bağlı vəziyyətdə ilk müsbət əlamətlər yaranıb və Pesaxdan sonra məhdudiyyətlər tədricən aradan qaldırıla bilər.
İsrail KİV yazır ki, bu tədbirlər indi Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir.
Tehsil-press.az