1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Müstəqil Dövlətlər Birliyində “Yaddaş yolu” layihəsinə start verilib.
MDB ölkələri Müdafiə nazirlikləri katibliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində Böyük Vətən müharibəsində iştirak etmiş insanlar haqqında axtarış-məlumat portalları yaradılıb. İnformasiya-axtarış sisteminin yaradılmasında məqsəd faşizmlə mübarizə aparmış hər bir iştirakçının adını əbədiləşdirməkdir.
Hazırda sıravi vətəndaşlar tərəfindən müharibə iştirakçıları haqqında qısa məlumatın və fotoşəklin doroga.mil.ru və ya pamyat-naroda.ru saytlarında yerləşdirilməsi həyata keçirilir.
Milyonlarla müharibə iştirakçısı sırasında Azərbaycan döyüşçülərinin adlarını “Yaddaş yolu”nda həkk etmək istəyənlər cəbhədə vuruşmuş ailə üzvləri, qohumları, tanışları haqqında qısa məlumatı həmin linklər vasitəsilə açılan səhifədə yerləşdirə bilərlər.
Tehsil-press.az