“Azneft” İB-də informasiya texnologiyalarının tətbiqi genişləndirilir

“Azneft” İB-də informasiya texnologiyalarının tətbiqi genişləndirilir “Azneft“ İstehsalat Birliyində SAP ERP sisteminin istehsalat modulu olan SAP UOM-un istifadəsinin genişləndirilməsinə həsr olunmuş iclas keçirilib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Birliyin Baş direktoru Daşqın İskəndərov layihənin məqsəd və əhəmiyyətindən bəhs edib. O, iqtisadi idarəetmə sistemində maliyyə və uçot məsələlərinin, sənəd dövriyyəsi və istehsalı sahəsində idarəetmənin, texnoloji proseslərə nəzarətin, eləcə də texnoloji məsələlərin avtomatlaşdırılmış sistemlərinin yaradılması işlərinin uğurla həyata keçirilməsindən danışıb.
Bildirilib ki, son illər Azərbaycan neft sənayesinin maddi-texniki bazası gücləndirilmiş, mütərəqqi texnologiyaların, o cümlədən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alıb. SOCAR-ın son illərdə bu sahədə əldə etdiyi uğurlardan danışan D.İskəndərov şirkətdə beynəlxalq standartların tətbiqinin uğurla həyata keçirildiyini vurğulayıb, SAP ERP sisteminin əhəmiyyətini qeyd edib.
İclasda SAP proqramının və onun müxtəlif modullarının tətbiqi üzrə əldə olunmuş təcrübədən danışılıb. Qeyd olunub ki, Birlik üzrə SAP ERP sisteminin PS, PM, HR, Fİ, MM/SD, CO, CO_PA modulları eləcə də, SAP UOM modulunun tətbiq edilməsində əsas məqsəd avtomatlaşdırma yolu ilə quyu əməliyyatlarına operativ nəzarət edilməsidir.
SAP UOM modulunun “28 MAY” və “Bibiheybətneft” Neft və Qazçıxarma idarələrində tətbiqi haqqında məlumat verilib, Birlik üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədi ilə SAP ERP sisteminin HR modulunun tətbiqi barədə müzakirələr aparılmış, bu sistemin modullar üzrə yeniliklərin tədrisi ilə əlaqədar təlimlərin keçirilməsi qərara alınmış, aidiyyəti mütəxəssislərə müvafiq tapşırıqlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər