AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan alimlərinin elektron kitablarının təqdimatını davam etdirir.
Bu dəfə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, akademiklər Teymur Kərimlinin “Akademik Mirzə İbrahimov”, Feyzulla Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı”, Teymur Bünyadovun “Azərbaycan etnoqrafiyası”, Muxtar İmanovun “Xalq gülüşünün poetikası”, Kamal Abdullanın “Mifdən yazıya və yaxud gizli Dədə Qorqud”, professor Qəzənfər Paşayevin “Əta Tərzibasinin folklorşünaslıq fəaliyyəti” və “Ədəbi məktublar”, “Akademik Murtuza Nağıyev” (rus dilində) kitabları PDF formatda oxuculara təqdim edilib.
Xatırladaq ki, Mərkəzi Elmi Kitabxananın istifadəçiləri “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşrləri PDF formatda yükləyə bilərlər. Hazırkı xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.
Tehsil-press.az