Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın akademikləri İbrahim Quliyev, Nərgiz Axundova və Teymur Kərimlinin müəllifi olduğu e-kitabları oxuculara təqdim edir.
Oxucular kitabxananın “Elektron kitablar” verilənlər bazasına daxil olub, nəşrləri PDF formatda yükləyə bilərlər. Oxuculara AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin “İqtisadi risklərin qiymətləndirilmasi və idarə edilməsi” dərsliyi, akademik Teymur Kərimlinin “Nizami və tarix” və akademik Nərgiz Axundovanın “Kavkaz i velikiye tyurkskiye imperii" kitabları təqdim olunur.
Qeyd edək ki, bu xidmət “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinə uyğun olaraq müəlliflik hüququ haqqında razılaşma əsasında tənzimlənir.
Tehsil-press.az