Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd olunub

Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd olunub Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli tarixçi-etnoqraf alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar Elm Xadimi, “Şöhrət” və “Şərəf” ordenli, akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər arxeoloq və etnoqraflarımızın dünya elminə verdiyi töhfələrdən, respublika rəhbərliyinin Azərbaycan elminə göstərdiyi qayğıdan danışıb. Akademik qeyd edib ki, T.Bünyadov maddi və mənəvi mədəniyyətimizi öyrənən Azərbaycan etnoqrafiya elminin yaradıcılarından biri, Vətən tarixinin və arxeologiyasının inkişafında xüsusi xidmətləri olan tədqiqatçı alimdir.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda məruzə ilə çıxış edib.
Milli Məclisin deputatı Fəttah Heydərov, akademik Ziyad Səmədzadə, Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı və digər çıxış edənlər görkəmli alimin elmi fəaliyyətindən söz açıblar.
Elmi sessiya bölmə iclasları ilə davam etdirilib.

Kəmalə Rəhimli


Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd olunub

Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd olunub

Oxşar xəbərlər