Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyətinin elmi-yaradıcılıq fəaliyyətinin virtual nümayişini nəzərdə tutan “Biz varıq və biz birlikdəyik” layihəsinin təqdimatları uğurla davam edir. Aprelin 15-dən start verilən layihə çərçivəsində keçirilən mühazirə, ustad dərsləri və təqdimatlar incəsənətin və sənətşünaslıq elminin müxtəlif sahələrini, habelə bir çox mədəniyyət və sənət xadimlərinin həyat və yaradıcılığını əhatə edib.
Layihə çərçivəsində Milli rəqs kafedrasının müdiri Kamilə Əliyeva öz təqdimatını Xalq artisti Afaq Məlikovanın həyat və yaradıcılığına həsr edib. Təqdimatda Azərbaycan rəqsinin tarixindən, Afaq Məlikovanın xoreoqrafiya sənətinə töhfələrindən və rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblının uğurlu fəaliyyətindən danışılıb. Mühazirə tipli təqdimatda onun ifa etdiyi rəqslərdən parçalar da yer alıb. Afaq Məlikovanın və tamaşaçıların fikrincə, bu, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş ilk virtual təqdimatdır.
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının rəsmi “Facebook” səhifəsinin “Biz varıq və biz birlikdəyik” bölməsində artıq 20 elmi və yaradıcılıq işi təqdim olunub.
Tehsil-press.az