Bakı Xoreoqrafiya Akademiyasının klassik rəqs müəllimi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Sergey Boqdanov xoreoqrafiya sənəti və təhsilində çoxillik məhsuldar fəaliyyətinə görə Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü seçilib.
Bu barədə Tehsil-press.az-a Bakı Xoreoqrafiya Akademiyasında məlumat verilib. Qeyd edilib ki, Sergey Boqdanov 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet artisti qismində yaradıcılıq fəaliyyətinə başlayıb və qırx doqquz il ərzində həmin teatrın solisti, balet truppasının rəhbəri və məşqçi-müəllim vəzifələrində çalışıb. 1986-cı ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan S.Boqdanov bir neçə nəsil balet artisti yetişdirib. Onların bir çoxu dünyanın ən mötəbər səhnələrində çalışır. Məzunları sırasında Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artist, beynəlxalq festivallar və müsabiqələr laureatı, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının aparıcı balet artisti və solisti Timur Əsgərov, Rusiya Federasiyasının Xalq artisti, professor, dövlət mükafatları laureatı Vyaçeslav Qordeyevin yaratdığı və bədii rəhbəri olduğu Moskva Dövlət “Rus Baleti” Teatrının aparıcı solisti Aleksandr Suldin və başqaları var.
Hazırda S.Boqdanov Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətinə davam edir və yeni nəsil balet artistlərinin formalaşmasında yaxından iştirak edir.
Xatırladaq ki, Beynəlxalq Pedaqoji Akademiya 1992-ci ildə yaradılıb. Akademiyanın üzvləri MDB ölkələrinin xalq təhsili sisteminin 330-dan çox alim, müəllim və sənətkarını əhatə edir.
Tehsil-press.az