Tələbələr üçün videodərslər keçirilir

Tələbələr üçün videodərslər keçirilir Azərbaycanda koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris prosesinin təxirə salındığını nəzərə alaraq Bakı Xoreoqrafiya Akademiyası tədrisi bütün pillələr üzrə onlayn və videomateriallar vasitəsilə təşkil edir. Təhsil ocağında dərslər proqram üzrə davam etdirilir.
Ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsində orta ixtisas təhsil pilləsinin tələbələri klassik rəqs fənnindən Emil Əzizov, klassik rəqs (xalq bölməsində) fənnindən Mehriban Nəzərova, xalq rəqsi fənni üzrə müəllim, Xalq artisti Yusif Qasımov, Azərbaycan rəqsinin tədrisi metodikası fənni üzrə müəllim, Əməkdar artist Tamilla Əliyeva, ingilis dili fənnindən Lətifə İsmayılova, musiqi əsərlərinin təhlili və harmoniya fənlərindən Nərmin Primovanın videodərslərini izləyə bilirlər.
Dərslər bütün kursları əhatə edir və davam etdiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər