Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin klassik rəqs kafedrasının müdiri, dosent Yelena Perlina Bakı Xoreoqrafiya Akademiyasının Təhsil Kompleksində (BXA) ustad dərsləri keçib.
Y.Perlina tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Eyni zamanda, dərslərdə iştirak edən müəllimlərə də tövsiyələrini verən Y.Perlina klassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyada xoreoqrafiya sahəsində baş verən proseslər və yaranan yeni cərəyanlar haqqında danışıb.
Dərslərdən sonra iştirakçıların suallarını cavablandıran moskvalı mütəxəssis diqqətə çatdırıb ki, tələbələrin nümayiş etdirdikləri rəqs hərəkətləri və müəllimlərin tədris metodikası BXA-nın tədris prosesinin Rusiyanın A.Vaqanova adına Rus Baleti Akademiyasının ənənələrini özündə ehtiva etməsinə parlaq nümunədir. Çünki Rus Baleti Akademiyası bu günədək özündə dünya klassik rəqsinin ən qədim elementlərini olduğu kimi qoruyub saxlayıb.
Y.Perlina bu cür görüşlərin mütəmadi keçiriləcəyinə ümidvar olduğunu deyib, qonaqpərvərliyə görə akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib.
Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən də yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, bu cür görüşlər beynəlxalq təcrübənin öyrənilnəsində mühüm rol oynayır.

Kəmalə Rəhimli