Avropa Kosmik Agentliyi və NASA tərəfindən idarə olunan Günəş Heliosferik Rəsədxanasının (SOHO) kosmik gəmisində yerləşən SWAN (Solar Wind Anisotropies instrument) kamerası vasitəsilə çəkilmiş şəkillər müşahidəçilərin diqqətini cəlb edib. Avstraliyalı həvəskar astronom Maykl Mattiazzo həmin şəkillər əsasında aprelin 11-də bir quyruqlu obyekti kəşf edib. Bu quyruqlu ulduz SWAN kometi adlandırılıb və C/2020 F8 (SWAN) kimi kataloqlara salınıb.
Bu barədə Tehsil-press.az-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, əslində SOHO-un SWAN kamerasının təyinatı kometaları qeyd etmək deyil. Kamera, sadəcə olaraq Günəş sistemində olan hidrogenin tədqiqatı üçün uyğunlaşdırılıb. Məhz elə quyruqlu ulduzların əsas xüsusiyyətlərindən olan su-buz komponentindən əmələ gələn müəyyən miqdarda hidrogenin köməyi ilə kamera bu kometanı qeyd edib.
SWAN kometası Yerdən 1.1 astronomik vahid uzaqlıqda yerləşir. Onu müşahidə etmək üçün Cənub yarımkürəsi daha münasibdir.
Kometa may ayının ortalarına yaxın açıq gözlə də müşahidə oluna bilinəcək. Hesablamalara görə, bu gün – mayın 12-si Yerə ən yaxın məsafədən keçəcək (84 milyon kilometr), mayın 27-də isə periheliona çatacaq, yəni Günəşə ən yaxın məsafədən (64,4 milyon kilometr) keçəcək.
Astronomlar fərz edirlər ki, kometa bu aralar partlayış modunda olmalıdır. Bu, müşahidəçilərə onu açıq gözlə görməyə imkan yaradacaq. Yanma nəticəsində kometanın parlaqlığı 3.5 ulduz ölçüsü pik həddinə çata bilər. Belə olduğu təqdirdə hətta Şimal yarımkürəsindən də o, rahat müşahidə oluna bilər.
Hazırda göy cismi astronomların proqnozlarına əsasən, parlaqlığını 8-dən 5-ə qədər artırıb. Bu isə imkan verir ki, yardımçı vasitə olmadan o, gecə aydın səmada adi gözlə müşahidə olunsun. Bəzi müşahidəçilər artıq bunu izləyib və maraqlı şəkillər də çəkiblər.
Qeyd edək ki, kometaların xüsusiyyətlərindən biri də onların hərəkətlərinin proqnozlaşdırıla bilinməməsidir. Nə qədər ki, həvəskarlar üçün fürsət var, gərək bu “qonağı” müşahidə etməyə çalışsınlar.
Kometanı müşahidə etmək istəyənlər onu hazırkı mövqeyində axtara bilərlər. Daha dəqiq desək, kometa mayın 15-də Triangulum (üçbucaq bürcü) bürcündə olacaq. Mayın 19, 20, 21-də gecələr Alqol ulduzuna yaxın olacaq.
Proqnozlara əsasən, iyulun əvvəllərində bu səma cismi özünün ən parlaq həddinə çatacaq.
Tehsil-press.az