Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.
Sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.
Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər.

Tehsil-press.az

Oxşar xəbərlər