Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyənlər üçün imtahan keçirir

Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyənlər üçün imtahan keçirir Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, o cümlədən eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının birinci mərhələsində iştirak edə bilməyən şəxslər üçün imtahan keçirir.
Imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunur.
İmtahanlar bütün binalarda saat 13:00-da başlanır.

Təhsil-press.az

Oxşar xəbərlər