Daha bir ölkə sərhədlərin açılmasını uzatdı

Daha bir ölkə sərhədlərin açılmasını uzatdı Polşa koronavirus pandemiyası səbəbindən sərhədlərini bir müddət bağlı saxlayacaq.
Sərhədlər iyunun 12-dək açılmayacaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında yazılıb:
“Avropa İttifaqı ölkələri ilə daxili və xarici sərhədlərdə sərhəd nəzarəti daha 30 gün uzadılacaq”.
Qeyd edək ki, Polşada 17 min koronavirusa yoluxma faktı aşkarlanıb, 847 nəfər isə dünyasını dəyişib.

Tehsil-press.az




Oxşar xəbərlər