Sumqayıt Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin onlayn müşavirəsi keçirilib 20 may 2020-ci ildə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tabe müəssisələrin rəhbərlərinin iştirakı ilə onlayn müşavirə keçirib.
Müşavirədə Mehman Şükürov ilk olaraq fəaliyyəti bərpa edilən muzeylər, sərgi salonları və qalereyalarda sanitar gigiyena qaydalarına riayət edilməsinin və muzeylərə ziyarət zamanı ziyarətçilərin 10 nəfərdən artıq qruplarda cəmləşməməsi, tibbi maskalardan istifadə edilməsinin vacibliyindən bəhs edib.
Musiqi və incəsənət məktəbləri fəaliyyətlərinin onlayn olaraq davam etdirilməsi, distant dərslərin mütəmadi olaraq keçirilməsi və qəbulun yalnız elektron qaydada aparılması, habelə tabe müəssisələr bayram günlərində fəaliyyətini onlayn olaraq davam etdirilməsi, videoçarxların yüksək səviyyədə hazırlanması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması və s. ilə bağlı fikir və iradlar bildirilib,
Sonda tabe müəssisələrin rəhbərləri çıxış edərək irad və təkliflər nəzərə alacaqlarını bildiriblər .

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Oxşar xəbərlər