ÜST bu 2 preparatın sınaqlarını dayandırdı

ÜST bu 2 preparatın sınaqlarını dayandırdı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı olan iki preparatın (hidroksixloroxin və xloroxin) sınaqlarını müvəqqəti dayandırıb. Bunu ÜST-ün baş direktoru Tedros Adan Qebreyesus keçirdiyi brifinqdə açıqlayıb.
“İcra qrupu həmrəylik sınağı çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı”, - o qeyd edib.
Lakin, baş direktor əlavə edib ki, dərmanlar otoimmun xəstəlikləri və malyariyadan əziyyət çəkənlər üçün təhlükəsiz hesab edilməyə davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər