Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək

Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək “Rusiya hökuməti iyunun 1-dən etibarən daxili turizmə qoyulan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacaq”.
Bu barədə Rusiya Baş nazirinin müavini açıqlamasında bildirib.
O qeyd edib ki, yayın ilk yarısında daxili turizmin təhlükəsiz şəkildə işə salınması, şübhəsiz ki, prioritetdir: “İyunun 1-dən etibarən Rusiya hökuməti məhdudiyyətləri sistemli və dəqiq şəkildə yüngülləşdirməyə başlayacaq. İlk mərhələdə tibbi lisenziyası olan istirahət mərkəzləri açılacaq. Bununla yanaşı, hökumət hazırda turizm sənayesinin daha çox sahələrinin (otellər, kurortlar, çimərliklər, səyahətlər və s.) fəaliyyətinin bərpası üzərində işləyir”.

Tehsil-press.az

Oxşar xəbərlər