Türkiyədə universitetlər bu tarixdə açılacaq

Türkiyədə universitetlər bu tarixdə açılacaq Türkiyədə ali təhsil müəssisələrinə və liseylərə qəbul imtahanlarının, universitetlərdə dərslərin başlanma vaxtı açıqlanıb.
Prezident Rəcəb Tayyib Ərdoğan açıqlamasında ali təhsil müəssisələrinə imtahanların 27-28 iyunda, liseylərə qəbul imtahanlarının isə 20 iyunda keçiriləcəyini bildirib. Hərbi akademiyalara imtahanlar iyunun 14-də olacaq. Universitetlər iyunun 15-dən etibarən akademik təqvimə qayıdacaq. Ədliyyə orqanlarının fəaliyyəti iyunun 15-dən bərpa olunacaq.
Ərdoğan yumşalma dövründə qaydalara riayət olunmazsa, epidemiya yenidən güclənərsə, daha sərt tədbirlər görüləcəyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər