Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı fikirləri qarşı tərəfdə ciddi narazılığa səbəb olub.
Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yekaterina Tikaradze erməni həmkarının fikirlərini əsassız və cəfəng adlandırıb.
Gürcü nazir deyib ki, Arsen Torosyanın heç bir arqumenti olmayan fikirləri əsassızdır və bir sıra suallar yaradır.
Erməni həmkarı ilə əlaqə yaratmağı planlaşdırdığını vurğulayan Yekaterina Tikaradze deyib: “Biz pandemiya başladığı andan etibarən tez-tez telefonla əlaqə saxlayıb ölkələrimizdəki vəziyyətlə bağlı müqayisələr, məsləhətləşmələr aparmışıq. Əgər onun hər hansı bir sualı var idisə, kommunikasiya metodundan istifadə edə bilərdi və biz də onun bütün suallarını cavablandırardıq. Həmkarımın bu açıqlamanı verərkən nəyə əsaslanması bəzi şübhələr və suallar yaradır. Bunun təfərrüatını öyrənmək üçün onunla əlaqə qurmağı planlaşdırırıq”.
Qeyd edək ki, A.Torosyan iki gün öncəki çıxışında Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını, aparılan testlərin sürətli testlər olduğunu və keyfiyyətinin sual altında olduğunu deyib. O iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, xüsusilə də yük maşını sürücülərində COVID-19 virusuna çox sayda yoluxma halları müəyyən olunub.
Erməni nazirin bəyanatı Gürcüstanda etirazla qarşılanıb və onun üzr istəməsi tələb edilir.
Tehsil-press.az